Rusiya ordusu Mariupola ağır zərbələr endirir - 160 min sakin köməksiz vəziyyətdə qalıb

Rusiya ordusu Mariupola ağır zərbələr endirir - 160 min sakin köməksiz vəziyyətdə qalıb 

Bu gün - aprelin 6-da Britaniya hərbi kəşfiyyatının yaydığı məlumata görə, Ukraynanın cənub-şərqində mühasirədə olan Mariupol liman şəhərində ağır döyüşlər gedir.

Rusiya aviasiyası və ağır artilleriyası şəhərə intensiv zərbələr endirir.

Britaniyanın Müdafiə Nazirliyi şəhərdəki 160 min sakinin çoxunun işıqsız, kommunikasiyasız, dərmansız, istiliksiz və susuz qaldığını açıqlayıb. Məlumatda qeyd olunur ki, Rusiya qüvvələri şəhərə humanitar girişi əngəlləyib, müdafiəçilərə təslim olmaq üçün təzyiq göstərməyə çalışır.

Bir gün öncə Mariupol və digər yerlərdən insanların evakuasiyası davam edib. Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib ki, aprelin 5-də humanitar dəhlizlərlə 3 min 800-dən çox insan çıxa bilib.

Qərb rəsmiləri Kiyev ətrafından çəkilən Rusiya qüvvələrinin Ukraynanın şərqinə və cənubuna yerləşdirilmək üçün qruplaşdığını bildirir. Bir hissəsi Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas regionunda yeni döyüşlər gözlənir.

NATO başçısı Yens Stoltenberq deyib ki, alyans Rusiyanın Donbası bütünlükdə ələ keçirmə və işğal etdiyi Krımla quru əlaqəsi yaratmaq üçün bir neçə həftəyə hücuma keçəcəyini gözləyir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər