Rusiya Suriyadan döyüşçü toplayır - 14 mərkəz açılıb

Rusiya Suriyadan döyüşçü toplayır - 14 mərkəz açılıb 

“Könüllülərin təxminən 80%-i bir tikə çörək üçün Ukraynaya getmək qərarına gəlib”

Rusiya iddia edir ki, Ukraynaya qarşı döyüşə göndərmək üçün Yaxın Şərqdən 16 minə yaxın könüllü toplayıb. Onların əksəriyyəti suriyalıdır.

"AzPolitika.info" BBC radiosuna istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bir müddətdir ki, Rusiyanın təşəbbüsüylə döyüşçülərin cəlb edilməsi üçün Dəməşq, Rakka və Hələb də daxil olmaqla, Suriyanın müxtəlif şəhərlərində 14 mərkəz fəaliyyət göstərir.

Suriyanın sosial şəbəkələrində konkret xidmətlər üçün ödənişlərin qeyd olunduğu çox sayda təklifə rast gəlmək olar: cəbhə xəttində hərbi əməliyyatlarda iştiraka görə 7000, arxa cəbhədə iş üçünsə 3500 ABŞ dolları. Rusiya mətbuatının iddiasına görə, suriyalılar özlərini vətəndaş müharibəsində onlara kömək etmiş Rusiyaya borclu hesab edirlər və həmin borcu bu yolla ödəməyə hazırdırlar.

Mövzuyla bağlı araşdırma aparan BBC Ərəb Xidməti müraciət edənlərin bəziləriylə əlaqə saxlaya bilib. Onların dediklərindən belə məlum olur ki, könüllülərin təxminən 80%-i bir tikə çörək üçün Ukraynaya getmək qərarına gəlib.

"Şəxsən mən ölməyə gedirəm, amma əsas məsələ oğlumu və arvadımı təmin etməkdir. Liviyadakı kimi olacaq… Biz pulu götürəcəyik və gedib yad ölkədə öləcəyik" - statusların birində belə yazılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər