“Rusiya televiziyalarının yayımı dayandırılmalıdır” –

“Rusiya televiziyalarının yayımı dayandırılmalıdır” – Erməni spiker

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkədə yayımlanan Rusiya televiziya kanallarının fəaliyyətinə yenidən baxılmasının vacib olduğunu bildirib.

 O, bu məsələni açıq şəkildə gündəmə gətirərək Rusiya mediasının Ermənistanda yaratdığı informasiya təhlükəsindən narahatlıq ifadə edib.

Simonyanın sözlərinə görə, Ermənistanın suverenliyi və informasiya mühiti kənar təbliğatın təsirindən qorunmalıdır və bu baxımdan Rusiya televiziyalarının yayımının məhdudlaşdırılması və ya tamamilə dayandırılması məsələsi artıq ciddi şəkildə müzakirə edilməlidir.

Qeyd edək ki, son aylarda Rusiya ilə Ermənistan arasında münasibətlər xeyli gərginləşib. Moskva Paşinyan hökumətini Qərblə yaxınlaşmaqda ittiham edir, Kremlə yaxın media orqanlarında Ermənistan rəhbərliyi vaxtaşırı sərt tənqid olunur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər