Rusiya texnikalarının üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib

Rusiya texnikalarının üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib 

Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb.

Report.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib.

Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnyena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.

Qeyd edək ki, Ukraynanın işğalında istifadə olunan Rusiya Silahlı Qüvvələrinin texnikalarının üzərində “Z” və “V” hərfləri mövcuddur. Rusiya Müdafiə Nazirliyinin bu paylaşımınadək bu işarələr müxtəlif konspiroloji nəzəriyyələrə gətirib çıxarmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi