Rusiya Türkiyə ilə aviareysləri bərpa etmədi - Qərar

Rusiya Türkiyə ilə aviareysləri bərpa etmədi - Qərar 

Rusiya Türkiyə və Tanzaniya ilə aviaəlaqəyə qoyduğu məhdudiyyətin müddətini iyunun 21-nə kimi uzadıb.

Axar.az xəbər verir ki, bu barədə Koronavirus infeksiyası ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

“Türkiyə və Tanzaniyadakı çətin epidemioloji vəziyyəti nəzərə alaraq aviaəlaqədəki mövcud məhdudiyyətlərin 21 iyun 2021-ci il tarixinədək uzadılmasına qərar verildi”, - məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar Türkiyə ilə müntəzəm və çarter uçuşlarını aprelin 15-dən iyunun 1-nə kimi dayandırmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər