Rusiya-Ukrayna müharibəsi Polşanı HƏRƏKƏTƏ KEÇİRDİ -

Rusiya-Ukrayna müharibəsi Polşanı HƏRƏKƏTƏ KEÇİRDİ - "Bayraktar"lar ALACAQ

“Polşa ordusunu modernləşdirmək üçün “Bayraktar TB2” PUA-ları və “HIMARS” raket sistemləri alacaq”.

Bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib:

“Polşa ordusunu yenidən silahlandıracağıq. Ordunu ən müasir texnika və silahlarla təchiz edəcəyik. Həmçinin ordu hissələrinin sayını artıracağıq”.

Blaşçak qeyd edib ki, Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsi və genişləndirilməsi qərarında Rusiya-Ukrayna müharibəsinin təsiri olub.

Nazir əsgər sayını 300 minə çatdıracaqlarını bildirib. Onların 250 mini tam ştatlı əsgər və 50 min regional müdafiə qüvvələri olacaq.

Xatırladaq ki, Polşa prezidenti Andjey Duda martın 18-də Rusiya-Ukrayna müharibəsinə cavab olaraq Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsi və genişləndirilməsini nəzərdə tutan “Vətənin müdafiəsi haqqında” qanunu imzalayıb./KONKRET.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər