RUSİYA VƏ UKRAYNA MÜVƏQQƏTİ ATƏŞKƏSLƏ BAĞLI RAZILIĞA GƏLDİ

RUSİYA VƏ UKRAYNA MÜVƏQQƏTİ ATƏŞKƏSLƏ BAĞLI RAZILIĞA GƏLDİ 

“Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər”.

TASS xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.

“Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”, - deyə Podolyak bildirib.

***

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.

Gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.

***

16:10

Tərkibində parlamentarilər, məmurlar və prezident ofisinin təmsilçiləri olan Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara yollanıb.

Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.

“Rusiya ilə danışıqlara yollanırıq. Artıq helikopterlərdəyik”, - deyə o qeyd edib.

14:12

Rusiya və Ukrayna arasında danışıqlar bu gün yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutacaq.

Danışıqların yeri və vaxtını Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski açıqlayıb.

Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ukrayna ilə danışıqlarda atəşkəs məsələsi müzakirə olunacaq. Danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib.

Mənbə: TASS

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər