Rusiya Xankəndində parada hazırlaşır - 400 hərbçi keçid məşqlərinə başlayıb...

Rusiya Xankəndində parada hazırlaşır - 400 hərbçi keçid məşqlərinə başlayıb... 

Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb.

Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir. Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi