“Rusiya yalan danışır, Ermənistanda “İskəndər-M” var" – Türkiyədən ŞOK AÇIQLAMA

“Rusiya yalan danışır, Ermənistanda “İskəndər-M” var" – Türkiyədən ŞOK AÇIQLAMA 

Üstündən xeyli müddət keçməsinə rəğmən, 44 günlük Vətən müharibəsi zamanı Şuşaya atılan və bu ilin aprelində qalıqları aşkarlanan “İskəndər- M” məsələsi ilə bağlı müəmma hələ gün üzünə çıxmayıb.

Azmarka.az bildirir ki, Türkiyəli professor, beynəlxalq münasibətlər üzrə ekspert Yaşar Onay aysberqin görünməyən tərəflərini “Sherg.az”a belə izah edib: “Əlbəttə, ruslar yalan deyirlər. Ümumiyyətlə, onlara güvənmək olmaz. Ermənistanın əlində “İskəndər -M” var. Və bu, kifayət qədər təhlükəlidir. O vaxt xüsusilə mülki yerlərin hədəf alınması düşmənin çirkin niyyətindən xəbər verir. Fikrimcə, bu vasitəsilə Moskvaya təsir etmək asan olmayacaq. Çünki onlar göz görə-görə “İskəndər-M” məsələsindən boyun qaçırırlar. Həmçinin beynəlxalq hüquq da Kremli maraqlandırmır. Onları düşündürən ancaq gücdür. Rusiya qarşısında əyilməyən, dik dayanan ölkəyə hörmət edir. Ermənistanı forpostu etməsi heç də təsadüfi deyil”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi