Rusiyada bənd fəlakəti - Minlərlə evi su basdı, 3 cəsəd tapıldı

Rusiyada bənd fəlakəti - Minlərlə evi su basdı, 3 cəsəd tapıldı 

Rusiyanın Orsk şəhərində güclü yağışların ardından Ural çayı üzərindəki bəndin bir hissəsi uçub.

AzPolitika.info xəbər verir ki, suyun səviyyəsinin 4 metrə qədər qalxdığı bölgədə 4 min 258 ev və 10 min 987 sakin seldən zərər görüb, 2 min 400-dən çox ev su altında qalıb, 4 min 208 nəfər təxliyə edilib.

Rayonun 31 məntəqəsini əhatə edən sel nəticəsində 47 körpü və 106 yol nəqliyyata bağlanıb, 12 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Rusiya mətbuatının Orenburq fövqəladə hallar orqanlarına istinadən verdiyi məlumata görə, bölgədə 3 nəfərin meyiti tapılıb. Rusiya Fövqəladə Hallar Nazirliyi bənddə təxliyə və təmir işlərinin davam etdiyini açıqlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi