Rusiyada işsizlik kəskin artdı

Rusiyada işsizlik kəskin artdı 

Rusiyada məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərin sayı 2.1 milyon nəfər təşkil edir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anton Kotyakov deyib.

“1 may tarixinə qədər olan statistikaya əsasən, Rusiya Federasiyasında işsizlərin sayı ümumilikdə 4.3 milyon nəfərdir. Bu da əmək qabiliyyətli əhalinin 5.8 faizidir”, - nazir bildirib.

Onun sözlərinə görə, mart ayı ilə müqayisədə işsizlərin ümumi sayı 800 min nəfər artıb.

Nazir qeyd edib ki, hazırda əmək bazarında gərginlik yaranıb. Hər 10 vakansiyaya 18 namizəd var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi