Rusiyada koronavirusa yoluxanların sayı 100 000-ə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 100 000-ə çatır 

Rusiyada son bir gündə 5 841 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada yoluxanların sayı 99 399 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 108 nəfər artaraq 972-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 286 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 220.

Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 140 000-i ötüb. Bunların 959 711 nəfəri sağalıb, 218 030 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi