Rusiyada seçkilər təxirə salınır? – Kremldən açıqlama

Rusiyada seçkilər təxirə salınır? – Kremldən açıqlama 

2026-cı ilin sentyabr ayına planlaşdırılan Rusiya Dövlət Duması seçkilərinin təxirə salınması məsələsi müzakirə olunmur.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Seçkilərə hazırlıq işləri davam edir. Onlar prezidentin fərmanı ilə elan edilib”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl “Meduza” saytı FTX və Rusiya Milli Qvardiyası rəhbərlərinin Rusiya Prezidenti Vladimir Putinə seçkilərin keçirilmə tarixini təxirə salması üçün müraciət etdikləri barədə məlumat yaymışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi