Rusiyadan şok ixtira: Hərbçiləri, texnikanı görünməz edir...

Rusiyadan şok ixtira: Hərbçiləri, texnikanı görünməz edir... 

Hərbçiləri və hərbi texnikanı ətraf mühitin rənginə uyğunlaşdıran örtük yaratmışıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Rosteç” müdafiə sənayesi şirkətinin rəhbəri Sergey Çemezov deyib.

O bildirib ki, görünməz örtük qarşıdakı günlərdə sərgilərdən birində nümayiş olunacaq:

“Biz daim hərbçilər üçün təchizatlar yaradıb, modernləşdiririk. Əsas məqsəd döyüşçümüzün təhlükəsizliyini təmin etmək, avadanlıqları gücləndirməkdir. Son yeniliklərimizdən biri də buqələmun kimi ətrafın rəngini mənimsəyən örtük oldu”.

Çemezov bildirib ki, yeni icadın yardımı ilə hərbçiləri, hərbi texnikaları görünməz hala gətirmək mümkün olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər