Rusiyalı diplomat Ankaraya gəlir

Rusiyalı diplomat Ankaraya gəlir 

Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə gəlir.

S.Verşinin səfər çərçivəsində türkiyəli həmkarı Sədat Önalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcək. Görüşdə tərəflər Liviya məsələsini müzakirə edəcək.

Heyət Türkiyə və Rusiya arasında gərginlik yaradan Sirt böhranının həlli istiqamətində fikir mübadiləsi aparacaq. Əgər heyətlər danışıqlar zamanı həmfikir olarsa, bu zaman Xarici İşlər nazirləri arasında növbəti görüş keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər