Rusiyanı cəhənnəm sanksiyaları gözləyir - Deripaska

Rusiyanı cəhənnəm sanksiyaları gözləyir - Deripaska 

Rusiya 2021-ci ilin yazında Amerika sanksiyalarının sərtləşməsi ilə üz-üzə qala bilər.

Bunu rusiyalı milyarder Oleq Deripaska deyib. O, Cozef Baydenin hakimiyyətə gələcəyi halda bundan öncə tətbiq edilən bütün sanksiyaların Rusiya üçün “xoş anlar” olacağını bildirib.

Deripaska yaz aylarında ölkəni cəhənnəm sanksiyalarının gözlədiyini söyləyib.

Biznesmenin sözlərinə görə, bu sanksiyalar banklara, dövlət borcuna, Mərkəzi Banka qarşı sərt tədbirlər paketi ilə yadda qalacaq./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi