Rusiyanın Avropaya qaz şantajı keçmədi –

Rusiyanın Avropaya qaz şantajı keçmədi – İxrac kəskin azalıb...

“Moskvanın bütün qorxunc proqnozlarına baxmayaraq, Avropa Birliyi (AB) donmadı.

Havaların nisbətən mülayim keçməsi və qaz ehtiyatlarının öncədən toplanıb saxlanması, özəlliklə ABŞ-dan maye qaz idxalının artırılması avropalılara çox əl tutdu. AB insanları istehlakı azaltmağa və səmərəliliyi artırmağa çağırdı, külək və günəş kimi yenilənə bilən enerji qaynaqlarına daha çox güvənməyi seçdi".

AzPolitika.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunda dərc olunan analitik məqalədə bildirilir.

Qeyd olunur ki, ötən ilin fevralında Rusiya Ukraynaya hücum edəndə AB Rusiya qazından çox asılı idi və Birliyin toplam qaz idxalatının 40 faizini Rusiya təmin edirdi. AB-nın rəsmi statistika idarəsi – "Eurostat"ın bilgisinə görə, 2021-ci ildə Rusiya, məsələn, Macarıstanın təbii qaz ehtiyacının 95 faizini, İspaniyanın ehtiyacının 10 faizdən azını ödəyirdi. Bu anlamda AB-də ən böyük idxalatçı həmin il Rusiyadan 55 milyard kubmetr təbii qaz alan Almaniya idi. Ölkənin qaz idxalatının 65 faizdən çoxu Rusiyadan nəql edilirdi.

AB-nın Rusiyadan qaz idxalı 2022-ci ilin fevralından öncəki səviyyənin 1/3-i qədər azalıb. "Eurostat"ın rəqəmlərinə görə, AB 2021-ci ilin üçüncü rübündə təbii qazının 39 faizini Rusiyadan alıb. İki il ötəndən sonra - 2023-cü ilin üçüncü rübündə bu göstərici 12 faizə enib. Bu, qismən zərurətdən yaranan azalma idi.

Bundan başqa, AB-nın təbii qaz istehlakı, demək olar, 18 faiz azalıb. Bu, qismən blokun enerji növlərini şaxələndirmək, səmərəliliyi artırmaq və yenilənə bilən qaynaqlara investisiya yatırmaq yönündə atdığı addımların nəticəsidir. AB 2027-ci ilədək Rusiyadan gələn mədən yanacağından asılılığına son qoymağı qarşısına məqsəd qoyub. Bu plan "REPowerEU" planı adlanır. Avropa Komissiyasına görə, blok öz hədəfinə çatmaq istiqamətində tempini qoruyub saxlayır.

AB Rusiyadan qaz idxalını xeyli azalda bilsə də, ekspertlər blokun Rusiya qazından tam imtina edəcəyini gözləmirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi