Rusiyanın desant gəmisi bu raketlərlə vurulub

Rusiyanın desant gəmisi bu raketlərlə vurulub 

“Novoçerkassk” desant gəmisinə edilən hücum zamanı Ukraynanın iki Su-24 təyyarəsinin vurulması ilə bağlı Rusiya Müdafiə Nazirliyinin bəyanatı yalandır.

Bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.

İqnat bildirib ki, “Novoçerkassk”a hücum zamanı uzaqmənzilli “Storm Shadou/SCALP” raketlərindən istifadə olunub:

“Rusiya bu raketləri vura bilər, lakin hava hücumundan müdafiəni müəyyən taktika və yaxşı Qərb silahlarından istifadə etməklə keçmək mümkündür”.

Qeyd edək ki, Rusiya “Novoçerkassk” desant gəmisinə hücumu və gəminin zədələndiyini təsdiqləyib. Bildirilib ki, gəmi aviasiya hücumu nəticəsində zərbə alıb. Əvəzində isə Rusiya iki Su-24 qırıcısını vurub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi