“Rusiyanın iştirakı olmadan “Taxıl sazişi” ola bilməz” -

“Rusiyanın iştirakı olmadan “Taxıl sazişi” ola bilməz” - XİN rəsmisi

"Rusiyanın iştirakı olmadan “Taxıl sazişi” ola bilməz”.

Report.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın iştirakı olmadan "Taxıl sazişi"nin mümkünlüyü barədə Türkiyə KİV-lərində yayılan məlumatları cavablandırarkən deyib.

“Əgər söhbət Rusiyanın iştirak etdiyi sazişdən gedirsə, o zaman Rusiya Federasiyası olmadan işləyə bilməz. Bu, fiziki cəhətdən mümkün deyil. Söhbət Rusiyanın iştirak etmədiyi digər müqavilələrdən gedirsə, o zaman bu belə də yazılmalıdır”, - M.Zaxarova vurğulayıb.

O, həmçinin qeyd edib ki, “Taxıl sazişi” Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan arasında Moskvada keçiriləcək danışıqlarda müzakirə mövzularından biri olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi