Rusiyanın müdafiə naziri sualtı qayıqdakı qəzanın səbəbini açıqlayıb

Rusiyanın müdafiə naziri sualtı qayıqdakı qəzanın səbəbini açıqlayıb 

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ölkəsinə məxsus sualtı qayığın Atlantik okeanında qəzaya uğramasının səbəbini açıqlayıb.

 ”İnterfax” xəbər verir ki, nazir “Loşarik” sualtı qayığın akkumlyator bölməsində yanğın baş verdiyini deyib.

S.Şoyqu qeyd edib ki, bu, qayıqda qəzaya səbəb olub.

Onun sözlərinə görə, sualtı qayıqda nüvə enerjisi qurğusu tam işlək vəziyyətdədir.

Qeyd edək ki, iyulun 1-də Rusiyanın sualtı qayığında yanğın baş verib. Yanğın şəxsi heyət tərəfindən söndürülsə də, 14 dənizçi ölüb./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi