"RUSİYANIN NİYYƏTİ YAXŞI DEYİL..." - Baxçalı Əsədi məhv etməyə çağırdı

"RUSİYANIN NİYYƏTİ YAXŞI DEYİL..." - Baxçalı Əsədi məhv etməyə çağırdı 

Suriyanın şimalında, İdlib bölgəsində Bəşər Əsəd qüvvələrinin Türkiyə ordusunun bölmələri ilə birbaşa toqquşmalara girməsi, dalbadal türk əsgərlərinin həlak olması MHP lideri Dövlət Baxçalını qəzəbləndirib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baxçalı MHP-nin parlament qrupu qarşısında bu günkü çıxışı zamanı “Suriyanı yandırmağa, İdlibi yıxmağa, Əsədi qəhr etməyə” çağırıb.

“Qanlı Suriya rejimi bir tərəfdən günahsız vətəndaşları, o biri yandan türk əsgərlərini hədəf alıb Qatil Əsəd rədd olub gedənə qədər ürəymiz soyumayacaq. Əsəd qatildir, oradakı düşmənçiliyin qaynağıdır. Həm Suriyanı, həm Türkiyəni eyni vaxtda idarə etməyə çalışan Rusiyanın niyyəti yaxşı deyil. Hökumət Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. 

Şəhidlərimizin qanı Suriyanı pərdəarxasında təhrik edən Rusiyanın üzərindədir. Bu gerçəkliklə üzləşmək şərtdir. Siyasi təmaslar aldatma, nağıl, baş qatmaqdır. Əsəd taxtından endirilmədən nə Suriyaya, nə Türkiyəyə hüzur gələcək. Türk milləti başqa seçim olmasa Dəməşqə girməyi planlaşdırmalı, zalımları yerlə yeksan etməlidir. Yansın Suriya, yıxılsın İdlib, qəhrolsun Əsəd”,-Baxçalı qəzəbli çıxışında bildirib.

Xatırladaq ki, son bir neçə gün ərzində Suriyanın şimalında Türkiyə ordusunun onlarla əsgəri həlak olub. Bu, Bəşər Əsəd qüvvələrinin Suriyanın şimalında mövqe tutan və Türkiyənin dəstək verdiyi “mötədil islamçı müxalifətə” qarşı hücumları ilə bağlıdır. Türkiyə ordusu cavab olaraq Suriya qüvvələrinin mövqelərinə güclü zərbələr endirib. Habelə Suriyanın şimalına əlavə ordu bölmələri və hərbi texnika yeridib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi