“Rusiyanın şəhərlərini vuracağıq…” – Arestoviç ilk dəfə və rəsmən bəyan etdi

“Rusiyanın şəhərlərini vuracağıq…” – Arestoviç ilk dəfə və rəsmən bəyan etdi 

“Rusiya Kiyevə zərbə endirsə, Ukrayna cavab zərbəsi endirəcək”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Aleksey Arestoviç vəkil Mark Feyqin ilə söhbətində deyib.

“Rusiya ilə bağlı imkanlarımız çox yaxşıdır”, - deyə Arestoviç söyləyib.

Xatırladaq ki, aprelin 13-ü Rusiya Müdafiə Nazirliyi Ukraynanı qərar qəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevə zərbələr endirməklə hədələyib. Ukrayna da öz növbəsində Rusiyanın Kiyevə raket zərbəsi endirilməsi ehtimalı ilə bağlı təhdidlərinə cavab verib. Belə ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna istənilən ssenariyə hazırdır./Hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi