
Rusiyanın sərnişin təyyarəsi ilə əlaqə kəsilib – 49 nəfərin hamısı ölüb
Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
Report.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı “Rosaviasiya”nın “Mi-8” helikopteri “An-24” təyyarəsinin gövdəsini aşkar edib.
Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.
Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.
İlkin məlumata görə, qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın