Rusiyaya "sürpriz" :

Rusiyaya "sürpriz" : "NATO Qara dənizdən getməyəcək!" - Alyans nümayəndəsi

NATO Qara dənizdə nümayəndəliyini saxlayacaq - Rusiyanın mövqeyinə baxmayaraq.

Bu barədə Gürcüstanın «Birinici kanal»ına alyans Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib.

Onun sözlərinə görə, Böyük Britaniya NATO-ya esmineslə bağlı informasiya təqdim edib və baş verənlər barədə alyansda «dolğun informasiya» var.

«Söhbət sərbəst gəmiçilikdən gedən zaman NATO öncül mövqedə dayanır və o barədə ki, Krım Ukraynadır, Rusiya deyil. Bu insident zamanı NATO üzrə müttəfiqlər prinsiplərin müdafiəsində özlərinin qətiyyətini nümayiş etdirdilər - mən, onları sadaladım. Rusiya başa düşməlidir ki, NATO üzrə müttəfiqlər bu məsələdə geri çəkilməyəcəklər» - nümayəndə bəyan edib.

Onun sözlərinə görə, NATO öz nümayəndəliyini Qara dənizdə saxlayacaq - müttəfiqləri və həmkarları dəstəkləmək üçün.

«Biz, Gürcüstan və Ukrayna ilə siyasi məsləhətləşmələr və informasiya mübadiləsi planında daha sıx əməkdaşlıq edirik» - Appaturay əlavə edib./Azpolitika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi