"Saakaşvilini öldürürlər" – Zelenski

"Saakaşvilini öldürürlər" – Zelenski 

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinin hədəfinin ölkənin keçmiş prezidenti, hazırda Ukrayna vətəndaşı olan Mixail Saakaşvilini öldürmək olduğunu bəyan edib.


Kiyevdə Avstriya Prezidenti Aleksandr Van der Bellenlə birlikdə mətbuat konfransı keçirən Zelenskiyə görüşdən əvvəl Mixail Saakaşvilinin axırıncı fotoları verilib.

Zelenski fotoları konfrans iştirakçılarına göstərərək deyib: “Bir vaxtlar o, Gürcüstan Prezidenti olub. Mixeil Saakaşvili. Bu fotoları mənə David Araxamiya verdi. Onun nə vəziyyətdə olduğunu görməyinizi istəyirəm. Mənim fikrimcə, Gürcüstan hakimiyyətinin bu gün etdiyi – onu öldürməkdir. Bilirsiniz ki, onlar onu zəhərləyiblər və indi onu, üzr istəyirəm, yavaş-yavaş öldürürlər”.

Zelenski sualla xitab edib: “Gürcüstan, onun rəhbərliyi – bu gün onlar kimin tərəfindədirlər?. Onlar neytraldırlar, yoxsa, Rusiyanın tərəfindədirlər? Çünki Rusiya da öz siyasətçilərinə eynilə belə yanaşır, Gürcüstan rəhbərliyi isə artıq öz siyasətçisi ilə deyil, Ukrayna vətəndaşı ilə belə davranır. Ona görə, bir daha soruşuram: onlar neytraldırlarmı? Yoxsa, Rusiya tərəfindədirlər?Yoxsa, sadəcə Ukraynaya qarşıdırlar?”

Vladimir Zelenski Ukraynanın hər hansı bir dövlətin neytrallığı məsələsinə böyük hörmətlə yanaşdığını, lakin Gürcüstanın Saakaşviliyə bu cür münasibətini anlamadığını qeyd edib.

“İstəyərdim ki, mətbuat nə baş verdiyini görsün – Ukrayna vətəndaşı açıq-aşkar işgəncəyə məruz qalır. Gürcüstanın keçmiş prezidentinin nəyə görə həbs edildiyi, bunun Gürcüstanın siyasəti və demokratiyası üçün hansı nəticələrə gətirəcəyi məsələsini müzakirə eləmirəm. Bu, onların daxili məsələsidir. Mən  hər gün açıq-aşkar işgəncə verilən Ukrayna vətəndaşının – Mixeil Saakaşvilinin həbsindən danışıram. Mən düşünürəm ki, onların məqsədi – onu öldürməkdir”./Hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər