
Sabiq nazir 4 quruma işarə etdi, “araşdırılsın” dedi – Kütləvi yoxlamalar…
Keçmiş maliyyə naziri Fikrət Yusifovun kommunal xidmətlərlə bağlı təklifi müzakirələrə səbəb olub.
O, “Laf TV”yə açıqlamasında bildirib ki, “Azərsu”, “Azərişıq”, “Azəriqaz” və “Azərenerji” kimi qurumlarda ciddi yoxlamalar aparılmalı, korrupsiya, mənimsəmə və satınalmalardakı şişirtmələrin qarşısı alınmalıdır. Sabiq nazirin sözlərinə görə, sərt nəzarət mexanizmləri tətbiq edilmədən büdcə vəsaitlərinin talanmasının qarşısını almaq mümkün deyil.F.Yusifov həmçinin sayğac dəyişmə əməliyyatlarında da şəffaflığın vacibliyini vurğulayıb.
Sitat: “Sayğacı nə qədər dəyişmək olar? “Azəriqaz” bu illər ərzində neçə dəfə sayğac dəyişib? Qiyməti bəyan etmirlər, amma məlum olan odur ki, 10-15 manat deyil. Bütün Azərbaycanda sayğacların dəyişməsi nə deməkdir? Bunu bir dəfə qoyun, 10-15 il işləsin. Bu, sayğac vasitəsilə pul oğurlamaqdır”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın