SABİQ NAZİR BAHALI TRAKTORLAR SATIR

SABİQ NAZİR BAHALI TRAKTORLAR SATIR – Yeni şirkətini prezidentə təqdim etdi

İsmayıllı hadisələrinə görə işdən çıxarılan Fizuli Ələkbərov “Massey Ferguson”un Bakıdakı təmsilçisidir.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı yenidən medianın gündəminə gəlib. Belə ki, mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev  Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisi ilə tanış olanda  sərgidə məşhur “Massey Ferguson” şirkətinə məxsus texnikanı ölkə başçısına Füzuli Ələkbərov təqdim edib. Modern.az-ın xəbərinə görə,  eks-nazir “Massey Ferguson” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.

“Yeni Müsavat” bildirir ki,  “Massey Ferguson” şirkəti 1953-cü ildə kanadalı kənd təsərrüfatı maşınları istehsalçısı Massey Harris və British Ferguson şirkətinin birləşməsi ilə  yaradılıb.  1958-ci ildə “Massey Ferguson” adı ilə tanınır. Eyni ildə ilk üç qırmızı-ağ üçbucaqdan ibarət olan loqo ilk fəaliyyət  göstərir.  1978-ci ildə müəssisə iqtisadi çətinliklərlə üzləşdiyi səbəbindən səhmlərin bir hissəsini satıb və bəzi istehsal zavodları  bağlanıb. 1992-ci ildə Amerikanın AGCO firması “Massey Ferguson”un kənd təsərrüfatı avadanlıqlarının Şimali Amerika bazarlarında  satışına başlayıb.  1994-cü ildən isə istehsal tamamilə AGCO Korporasiyasının nəzarəti altındadır. Beləliklə, şirkətin müasir adı “AGCO-Massey-Ferguson”dur. Dünyada “Massey Ferguson” markası  altında işləyən traktorların sayı 6 milyondan çoxdur. Qiymətlərinə gəlincə, bu traktorların çox bahalı modelləri də var.

Füzuli Ələkbərova gəlincə, o,  3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Massey Ferguson ile ilgili görsel sonucu

Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə “Sputnik” Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992-2006-cı illərdə “İmproteks” Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan  Cüdo Federasiyasının prezidenti olub. Məlumatlara görə, bu vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildən YAP-In üzvüdür.

Azərbaycan prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi