Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi - 1 milyon manat...

Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi - 1 milyon manat... 

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

 

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.

 

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi./Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi