Sabiq rektora vəzifə verildi

Sabiq rektora vəzifə verildi 

Faktinfo.az xəbər verir ki,ötən ay Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilən İbrahim Cəfərov işlə təmin edilib. Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmrinə əsasən İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna  (BMTBETİ) direktor təyin olunub.

Qeyd edək ki,İbrahim Cəfərov Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür.

Təyinat KTN-dən Faktinfo.az-a təsdiqlənib.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi