Sabiq spiker Bülənt Arınç:"Heç ağıla gəlməyən şəhərlərdə də CHP qazandı..."

Sabiq spiker Bülənt Arınç:"Heç ağıla gəlməyən şəhərlərdə də CHP qazandı..." 

Türkiyə parlamentinin sabiq spikeri, “kiçik Ərbakan” kimi tanınan Bilənt Arınç martın 31-də keçirlən bələdiyyə seçkilərinə şərh verib.

O, hakim AKP-nin seçkidə 45 faiz səs aldığını xatırladaraq deyib ki, ümumi baxanda, bu qələbə sayıla bilər: “Ancaq iki böyük şəhərdə – Ankara və İstanbulda seçkini uduzdular. Bu isə uğur sayıla bilməz. Bəli, Ərdoğan “aldığımız bu nəticə uğursuzluq sayıla bilməz” deyir.  Bəli, belədir. Ancaq İstanbul və Ankaranın az fərqlə olsa da, itirilməsini uğur olaraq görə bilmərik. CHP iki böyük şəhəri qazandı. Bu, onlara görə uğurdur. Düzdür, hələ İstanbulun nəticələri rəsmiləşməyib. Digər yandan, İzmiri CHP-nin qazanacağı əvvəlcədən bilinirdi. Lakin bunlarla yanaşı, heç ağıla gəlməyən şəhərlərdə də CHP qazandı”.

İstanbulda seçkinin təkrarlanma ehtimalına gəldikdə isə, Bülənt Arınç deyib ki, bu barədə qərarı YSK (MSK) verəcək:

“Əlbəttə, İstanbul kimi böyük şəhərlərdə tərəflərin təkrar seçki kimi etiraz haqqı var.  Buna ancaq  YSK qərar verə bilər. Bir az daha səbrlə gözləyək. İstər Binəli Yıldırım, istər İmamoğlu olsun, YSK hansından yana qərar verəcəksə, qazananı təbrik edək. Çünki bu seçim xalqın təqdiridir. Biz də buna sayğılı yanaşmalıyıq”./Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi