Sağalan onlarla xəstə yenidən virusa yoluxdu

Sağalan onlarla xəstə yenidən virusa yoluxdu 

Cənubi Koreyada intensiv müalicə nəticəsində sağalan 91 koronavirus xəstəsinin yenidən “Covid-19” a yoluxduğu məlum olub.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, həmin xəstələr yenidən müalicəyə cəlb olunub. Bildirilib ki, bu vəziyyət koronavirus xəstələrinin yenidən “Covid-19”a yoluxma ehtimalının olduğunu ortaya qoyur. Başqa ehtimala görə, həmin xəstələrin sağalmasına baxmayaraq koronavirus onların bədənində qalıb və bir müddət sonra aktivləşib. Dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, bəzi həkimlər koronavirusa yoluxan şəxslərin ikinci dəfə bu virusa yoluxma ehtimalının çox az olduğunu bəziləri isə ümumiyyətlə olmadığını bildirirdi./Publika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi