Şagirdlər 5 günlük tətilə buraxılır

Şagirdlər 5 günlük tətilə buraxılır 

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb.

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.


“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.


Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.


Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi