Sağlamlaşdırma prossesi bu icra başçılarına da tətbiq ediləcək-

Sağlamlaşdırma prossesi bu icra başçılarına da tətbiq ediləcək- Əhəd Abıyev, Rəcəb Babaşov,Müstəqim Məmmədov kimi rəhbərlər...

Sağlamlaşdırma prossesi bu icra başçılarına da tətbiq edilə bilər.Siyasi hakimiyyət Əhəd Abıyev, Rəcəb Babaşov ,Müstəqim Məmmədov kimi reputasiyası zədələnmiş icra başçıları ilə yaxın vaxtlarda yollarını ayıra bilər.

Sirr deyil ki,son bir ildə rayonlara təyin edilən rəhbər şəxslər yeni təfəkkürlü simalardı.Söhbət ondan getmir ki,yeni təyin olunanlar idarəetmədə səhvsiz şəxslərdi.Sadəcə uzun illər cəmiyyətin qınağına tuş gəlməyən,insanlar tərəfindən ikrahla qarşılanmayan şəxslərdir.Məqsəd də sağlamlaşdırma prossesində belə şəxslərə üstünlük verilməklə cəmiyyətdə yaranmış mövcud narazılıqların mərhələli şəkildə aradan qaldırılmasıdır.

Faktinfo.az saytına mötəbər dairədən verilən məlumata görə,yaxın gələcəkdə Əhəd Abıyev, Rəcəb Babaşov ,Müstəqim Məmmədov kimi icra başçılarının birdəfəlik yola salınması prossesi sürətləndiriləcək. Çünki bundan sonra yaxşı işləsələr belə  ictimaiyyətin onlardan razı qalması  mümkünsüzdür.

Bu onunla izah edilir ki,sabiq Vergilər naziri Fazil Məmmədovun,Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin "kadr"ı  kimi  tanınan bu kimi şəxslərə hansı rəğbətdən,hansı etibardan söhbət gedə bilər.Artıq onların vəzifədə qalması və ya başqa bir rayona göndərilməsi birbaşa hakimiyyətin özünün imicinə zərbə vurur.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi