Sahil Babayev qohumunu bu dəfə daha yüksək vəzifəyə təyin etdi

Sahil Babayev qohumunu bu dəfə daha yüksək vəzifəyə təyin etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Məmmədova Mətanət Nəbi qızını Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri təyin edib.

Mətanət Məmmədova Sahil Babayevin qohumudur. Sözügedən xanım nazirin əmisi gəlinidir.

Eyni zamanda M.Məmmədovanın atası Nəbi Muxtarov da uzun müddət yüksək vəzifələrdə çalışıb. N.Muxtarov bir müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kоmitəsinin sədr müavini işləyib. 1993-2011-ci illərdə Füzuli rayonunun icra başçısı olub.

Uzun müddət işsiz qalan Nəbi Muxtarov 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini 84 saylı Füzuli seçki dairəsindən irəli sürdü. Lakin səs toplaya bilmədi. Həmin dairədən Vüqar Bayramov deputat seçildi.

Qeyd edək ki, Mənatət Məmmədova bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini olub./Sarkazm.az


Sahil Babayevin yüksək vəzifəyə təyin etdiyi xanım öz qohumudur


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi