Şair Akif Səmədin adına küçə olacaq

Şair Akif Səmədin adına küçə olacaq 

Paytaxt küçələrindən birinə mərhum şair Akif Səmədin adı veriləcək.

Bu barədə Kult.az-a açıqlamasında A.Səmədin oğlu, gənc şair Ulucay Akif deyib.

O, atasının 60 illik yubileyi ilə bağlı belə bir addım atıldığını bildirib:

“Akif Səmədin adının hansı küçəyə verilməsi hələlik dəqiqləşməyib”.

Şair Akif Səmədin adına küçə olacaq
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi