Şairə Xoşqədəmlə bağlı apelyasiya şikayəti verəcək

Şairə Xoşqədəmlə bağlı apelyasiya şikayəti verəcək 

Şairə Nazilə Səfərli və tele-jurnalist Xoşqədəm Hidayətqızının aylardır davam edən məhkəmə prosesi başa çatıb.

Bu barədə X. Hidayətqızının vəkili Tahir Əlirzayev xəbər verib. Vəkilin bildirdiyinə görə Nizami Rayon Məhkəməsinin qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, onun ünvanına dediyi qərəzli sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və təzminat ödəməlidir. 

Nazilə Səfərli isə məhkəmənin qərarı ilə bağlı məktub almadığını bildirib:

"Əgər onun vəkilinin dediyi kimi, uduzmuşamsa, bu, hələ son deyil. Apelyasiya Məhkəməsinə müraciət edəcəm. Orda da uduzsam, Ali Məhkəməyə... Bütün məhkəmələri uduzsam, qanundan qaçası deyiləm. Qanunlara hörmət edən Azərbaycan vətəndaşı kimi məhkəmənin qərarına riayət edəcəm. Amma mənə qarşı Xoşqədəmin iddia qaldırdığı şikayətlər əsassızdır. Mən onun şərəf və ləyaqətini alçaltmamışam. Hər şey əksinədir. Bu intriqaya o başlayıb".

Nazilə Səfərli onu da qeyd edib ki, X. Hidayətqızına uduzmaq, ya da udmaq onun üçün böyük əhəmiyyət daşımır. 

News24.Az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi