Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri yaralı əsgərlərə baş çəkib

Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri yaralı əsgərlərə baş çəkib 

Respublikamızın sayılıb-seçilən bölgələrindən biri olan Salyan rayonu hər zaman öz təqdirəlayiq işləri ilə gündəmdə olub.

Belə işlərdən biri də rayon İcra Hakimiyyətinin hər daim qazi, şəhid ailələrinin yanında olması , onlara hərtərəfli qayğı və diqqət göstərməsidir.

Son günlər mənfur düşmənlərimizin törətdikləri təxribatlar nəticəsində respublikamızda gərgin günlər yaşanır. Düşmən layiq olduğu cavabı alır, cəzalandırılır. Lakin şəhidlərimiz , qazilərimiz də var. Vətən bu mərd oğulların qanı , canı bahasına Vətən olur. Salyan rayonu da bu günlərdə həm böyük qürur və həm də dərin hüznlə öz şəhid övladlarını - Elmin Mirzəli oğlu Səmədovu, Elmir Abdul oğlu Hüseynovu, Sadiq Rəşad oğlu İsayevi son mənzilə yola saldı. Vida mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra başçısının müavini Rəşad Cəbrayılov ,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin rəisi Nurlan Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etdilər.

İcra başçısı Sevindik Hətəmovun təşəbbüsü ilə başda  başçının müavini Rəşad Cəbrayilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin  rəisi Nurlan Abbasov olmaqla  İcra hakimiyyətini  bir qrup nümayəndəsi Gəncə şəhərində yerləşən hərbi hospitala baş çəkmiş , yaralı əsgərlərimizin vəziyyəti ilə tanış olmuş , onlara hər zaman dəstək olduqlarını  nümayiş etdirmişlər. Salyan rayonu İcra hakimi cənab Sevindik müəllimin salamlarını yaralı əsgərlərimizə çatdırmış ,  xalqımızın , vətənimizin onlarla qürur duyduqlarını fəxarətlə söyləmişlər. Onlara Allahdan şəfa diləyərək tezliklə doğmalarının , yaxınlarının yanlarına qayıtmağı arzulamışlar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi