Seçki iki ziyalını düşmən etdi:

Seçki iki ziyalını düşmən etdi: “yedək namizədlər” və “yedək alimlər”

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı qalmaqallar davam edir. Qarşılıqlı ittihamlar, qalib gələnlər və onun tərəfdarları ilə məğlub olmuş şəxslər arasında az qala düşmənçilik münasibətləri getdikcə dərinləşir.

31 saylı Suraxanı ikinci seçki dairəsindən olan namizədlər arasında bu “müharibə” daha qabarıq şəkildə görsənməkdədir. Bu dairənin lider namizədi Etibar Əliyevi xeyli ziyalı müdafiə etsə də, ona qarşı çıxanlar da az deyil. Maraqlıdır ki, bu adamlar içərisində vaxtı ilə dostluq münasibətləri olan şəxslər də var. Məsələn, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu.


O, özünün feysbuk səhifəsində paylaşdığı statusda Etibar Əliyevi “yedək namizəd” adlandırıb:


“Saxta seçki siyahısında "yedək" namizədlər kimlər olub?


Məlumatlardan aydın olur ki, "yuxarının" ikinci bir siyahısı da mövcud olub:"yedək" namizədlər! Bu siyahıda olanlar ehtiyat variant olaraq seçkiyə qatılıblar.Yəni əsas namizədlə bağlı bir problem yaşanarsa onları "təyin etmək".


Məsələn, 24 saylı Nizami Birinci Seçki Dairəsində SOKAR təmsilçisi Elnur Mustafyev K.Nurullayeva ilə bir problem çıxardısa o "təyin olunacaqdı".31 saylı Suraxanı Seçki Dairəsində Fərəc Quliyevlə problem yaşandı və keçmiş təhsil,indiki iqtisadiyyat naziri Mikayıl Cabbarovun dəstək verdiyi "yedək namizəd" Etibar Əliyev "təyin olundu".Yəni əsas məsələ o olub ki, xalqın seçdiyi insan olmasın və Milli Məclisdə təmsil edilməsin”.


Etibar Əliyevin tanınmış alimə cavabı isə gecişməyib:


“Mənə dedilər ki, "professor" Nəsiman Yaqublu da mənim guya saxta yolla seçilməyimdən yazıb. Və bu işdə nazirlərdən birinin adını hallandırıb.


Ay saxtakar, qızının təhsil probleminin həlli ilə bağlı icrası mümkün olmayan bir xahişinin icrasına köməklik göstərəndə niyə mənə saxtakar demirdin? Təəssüflər edirəm ki, Rəsulzadəni sənin kimi savadsız və yedək alimlər cəmiyyətə təqdim etdiyinə görə insanlarımız onun da irsini normal səviyyədə öyrənə bilməyib”.


Qeyd edək ki, eyni dairədən deputatlığa namizəd Mehman Hüseynov Etibar Əliyevi aşağılayan videolar paylaşır, onu saxtakarlıqda, əqidəsini dəyişməkdə ittiham edir./bakupost

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi