Səddam Hüseynin 14 yaşlı nəvəsinin şücaəti dünya mətbuatında-

Səddam Hüseynin 14 yaşlı nəvəsinin şücaəti dünya mətbuatında- “New York Times”: "Babasına xas olan kişilik,mərdlik..."

Babası uzun illər ölkəni totalitar rejimlə idarə edən ,dünyaca tanınmış bir lider idi.

Naz-nemət,var-dövlət içində böyüməsinə rəğmən babasına xas olan xüsusiyyətlər-mərdlik,qorxmazlıq,kişilik,döyüşkənlik onada keçmişdi.

Faktinfo.az xəbər verir ki,məhz bu səbəbdən “New York Times”qəzeti onu 21-ci əsrin cəsur yeniyetməsi seçib.Söhbət İraq prezidenti Səddam Hüseynin nəvəsi Mustafa Səddam Hüseyndən gedir.

Qəzetin yazdığına görə,ABŞ ordusu İraqa soxulanda Mustafanın 14 yaşı yenicə tamam olmuşdu.Vəziyyət çətinləşəndəMustafa atası Usay,əmisi Udey,mühafizəçiləri Əbdül Səmədlə şeyx Nəffaf Zeydanın villasında gizlənmişdilər.Lakin düşmən qüvvələr onların harada olması barədə artıq xəbərdar idilər.Şeyxin villasını 400-dən çox ABŞ xüsusi təyinatlısı mühasirəyə aldı.Qeyri bərabər döyüş başladı,qızğın atışma gedirdi.Mustafanın atası,əmisi,mühafizəçiləri artıq ölmüşdü.Atasının,əmisinin cəsədlərinə baxıb ağlayacaq halı yox idi.Mustafa sonuncu sağ qalan idi,tüfəngi götürüb atəş açmağa başladı.

Amerika əsgərlərinin xəbəri yox idi ki,villada yeganə sağ qalan və atəşlə onları göz açmağa qoymayan 14 yaşlı yeniyetmədir.Güllə yağış kimi yağırdı.buna baxmayaraq Mustafa düz 6 saat atışdı.14 xüsusi təyinatlını məhv etdi.Ölənə kimi döyüşdü.Sonda villaya daxil olan xüsusi təyinatlılar gözlərinə inana bilmədilər.Son 6 saatı onlar faktiki olaraq uşağa qarşı döyüşmüşdülər.

   “New York Times”qəzetində Mustafa Səddam Hüseynə həsr olunmuş məqalədə müəllif prezident nəvəsinə heyranlığını gizlətməyərək yazır:”Bizdə belə şey olsa idi,o oğlan üçün hər şəhərimizdə abidə ucaldardıq.Onun mərdliyi,igidliyi və şücaəti haqda hər yerdə danışardıq,gələcək nəsillər üçün bir nümunə olardı”.

P.S. Göründüyü kimi,artıq Amerikanın bir zamanlar dünya xalqları üçün nümunə olan "demokratiya"sı cazibədarlığını itirib.Odur ki,beynəlxalq münaqişələrin həllində bir zaman münsif rolunu öz üzərinə götürən ABŞ-a artıq inam itib.Bunu əksər ABŞ siyasətçiləri də etiraf edir.ABŞ-ın nüfuzu heçə enib,kimi fikirlər formalaşıb. 

Əfqanstan,İraq,Liviya, Suriya və digər ölkələrə demokratiya adı altında edilən müdaxilələr sonsuz faciələrə gətirib çıxarıb. 

Misal üçün bir müddət əvvəl ABŞ-ın sabiq dövlət katibi Kandaliza Rays açıq şəkildə etiraf etdi ki,Amerika əsgərləri İraqa demokratiya gətirmək üçün yox, Səddam Hüseyni devirmək üçün girdi.

Sitat: “Bizim bu addımımız təhlükəsizlik məsələsi idi. Mən heç vaxt Corc Buşun İraq və Əfqanıstana demokratiya gətirmək üçün hərbi gücdən istifadə etdiyini deməmişəm. Bu əməliyyat Səddamı devirməyə hesablanmışdı”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi