SƏFƏR MEHDİYEV VƏ MƏSUM RƏSULOVUN “QOÇU”SU - Rafiq Fətullayev Gəncədə “at oynadır”

SƏFƏR MEHDİYEV VƏ MƏSUM RƏSULOVUN “QOÇU”SU - Rafiq Fətullayev Gəncədə “at oynadır” 

Redaksiyamıza etibarlı mənbələrdən daxil olmuş məlumata əsasən, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Rafiq Fətullayevə “gözünün üstündə qaşın var” deməyə heç kim cürət etmir.

“Niyəsi” aydın məsələdir. Rafiq Fətullayev Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin qohumu və bir neçə gün öncə DTX tərəfindən həbs olunan Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-moyoru Məsum Rəsulovun Qərb regionu üzrə idarə rəisi, həm də “pul maşını”dır.

Etibarlı mənbənin bildirdiyinə görə, Qərb Ərazi Gömrük İdarəsinin bütün qara işlərinə Rafiq Fətullayev rəhbərlik edir. Belə ki, xarici ölkələrdən, əsasən Almaniyadan Respublikaya daxil olan yük maşınlarına “nəzarəti” özü edir. Almaniyadan yük maşınlarında daxil olan yeni avtomobil ehtiyat hissələrini “köhnə, işlənmiş avtomobil ehtiyat hissəsi” kimi gömrükdən keçirir və nəticədə sahibkarların ödəyəcəyi gömrük rüsumunun 50%-ni özü mənimsəyir.

Qərb istiqamətindən respublikaya daxil olan qızıl-zinət əşyalarının, mobil telefonların və dərman pereparatlarının da nəzarəti Rafiq Fətullayevin əlindədir. Rafiq Fətullayev özünə yaxın iş adamları ilə rüşvət müqabilində razılaşaraq, gömrük rüsumundan müəyyən malları yayındırıb, dovlət büdcəsinə gömrükdən daxil olacaq vəsaitləri talayır. Qərb regionunda Gömrük orqanları tərəfindən müsadirə olunan siqaretlər və tütün məmulatları Rafiq Fətullayev tərəfindən satışa çıxarılaraq, əldə olunmuş pul vəsaiti Məsum Rəsulova göndərilir.

Rafiq Fətullayevin iş yeri Gəncə Gömrükxanası olmasına baxmayaraq, o, hər gün səhər saatlarında “işə dəyməklə” öz işini bitmiş hesab edir. İş vaxtının qalan hissəsini isə Tovuz rayonundakı “AYAN PALAS” mehmanxanasında rüşvət alacağı sahibkarlarla keçirir. Qərb Ərazi Baş Gömrük İdarəsinin rəhbərliyi isə Rafiq Fətullayevə Səfər Mehdiyevin və Məsum Rəsulovun “qoçu”su olduğu üçün “gözünün üstündə qaşın var” deyə bilmir.

Rafiq Fətullayev Əməliyyat və Təhqiqat İdarəsinə məxsus 10-JU-909 dövlət qeydiyyat nişanlı “HUNDAİ SONATA”  markalı xidməti avtomobili özü idarə edir və həmin avtomobilə 57-BX-814 dövlət qeydiyyat nişanını taxmaqla Qərb regionunda yollarda quraşdırılmış radarlardan və təhlükəsizlik kameralarından yayınır.

Bu günlərdə Dovlət Təhlükəsizlik Xidməti Tərəfindən Dövlət Gömrük Xidmətində keçirilən əməliyyat tədbirləri yəqin ki, Rafiq Fətullayevində “qoçu”luğuna da son qoyacaq.

Mövzuya qaydacağıq.

Hurriyyet.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi