Səfər Mehdiyevin qohumu "Qarğabazarı"nı alıb - SƏNƏD

Səfər Mehdiyevin qohumu "Qarğabazarı"nı alıb - SƏNƏD - FOTO

Azərbaycan Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qaynı İlham Qulu oğlu Tarquliyevin biznesi üzə çıxıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, İ.Tarquliyevə məxsus "SUMQALA TİKİNTİ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin fevralın 4-də qeydiyyatdan keçib: “MMC-yə Səfər Mehdiyevin digər yaxın qohumu Kazım Mehdiyev rəhbərlik edir. Bakı şəhəri, Yasamal rayonu, ƏLƏSGƏR ƏLƏKBƏROV 558, m. 29 ünvanında hüquqi qeydiyyatda olan şirkətin Naxçıvan Muxtar Respublikasında iri üzümçülük təsərrüfatı, alma və ərik bağları var. Səfər Mehdiyevin qaynı indiyədək Babək rayonunda 250 hektar torpaq sahəsini (xüsusilə "Qarğabazarı" adlanan ərazi) əlində cəmləşdirə bilib. 

Ona məxsus 250 hektar ərazidə üzümlüklər salınıb. Səfər Mehdiyevin qaynı bağların suvarılması üçün Gilançaydan və Bənəniyar su anbarından su xətti çəkdirib. Şirkət hazırda sirkə istehsalı müəssisəsinin tikintisini də həyata keçirir”.

Səfər Mehdiyevin qohumu "Qarğabazarı"nı alıb - SƏNƏDSəfər Mehdiyevin qohumu "Qarğabazarı"nı alıb - SƏNƏDSəfər Mehdiyevin qohumu "Qarğabazarı"nı alıb - SƏNƏD
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi