Şəhid Eşqin Omarov Ağstafada dəfn olunub

Şəhid Eşqin Omarov Ağstafada dəfn olunub 

Azərbaycan Ordusunun ermənilərin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan əsgəri Eşqin Omarov dəfn edilib.

Şəhid Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində torpağa tapşırılıb.

Mərhumla vida mərasimi ailəsinin yaşadığı evə keçirilib.

Vida mərasimindən sonra şəhid Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, E.Omarovun ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Omarov Eşqin Nəsib oğlu 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. E.Omarov 1 ilin əsgəri olub.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi