Şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə götürüldü

Şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə götürüldü 

Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına Füzuli rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət göstərilir.

Faktinfo.az xəbər verir ki,bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul olunub. Belə ki, Vətən müharibəsinin şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun oğlu, Xəlil Qəhrəmanlı Füzuli rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.

Qeyd edək ki, Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olmuş, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirmişdir. 2021-ci ildə AR-sı Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək müvəffəqiyyət qazanmış və müvafiq sertifikat əldə etmişdir.

Şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə götürüldü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi