Səhiyyə naziri:"Forma 088"in baş həkim tərəfindən belə düzgün doldurulmaması "bisavadlıq" dır

Səhiyyə naziri:"Forma 088"in baş həkim tərəfindən belə düzgün doldurulmaması "bisavadlıq" dır 

Tibbi-sosial ekspert komissiyaları tərəfindən Bakı şəhərinin klilnik xəstəxanalarından stasionar müalicə barədə epikrizlərin tələb edilməsi halları müşahidə olunub.

Əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər va rayon mərkəzi xəstəxanalarında, həmçinin ambula­tor şəraitdə həyata keçirilməsini məqsədəuyğun hesab etdik.

Bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.

Nazir əlilliyin və sağlamlıq imkanlarının məhhudluğunun qiymətləndirilməsi ilə bağlı tibb müəssisələrindəki vəziyyəti çox ciddi problem adlandırıb.

O.Şirəliyev əlilliklə bağlı göndərişlərin elektron formada verilməsinə keçdikdən sonra Tibbi-sosial ekspert komissiyalarına 21 minə qədər göndərişlə müraciət edildiyini, onlardan cəmi 8519 nəfərə əlillik verildiyini söyləyib. Nazir istər 8 248 göndərişdən imtina olunmasını, istərsə də 3 159 göndərişin düzgün doldurullmadığı üçün geri qaylarılmasını bu sahədə çalışan tibb mütəxəssisləri üçün mənfi hal kimi qiymətləndirib. «Forma 088»in həkim, şöbə müdiri, baş həkim tərəfindən düzgün doldurulmamasını «bisavadlıq» adlandıran səhiyyə naziri qeyd edib ki, bəzən düzgün yazılmadığına görə geri qaytarılan göndərişi növbəti dəfə yenidən səhv yazıb göndərirlər, hətta bu hal bir neçə dəfə təkrarlanr.

O.Şirəliyev əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atıldığını, bu sahədə bir sıra əmrlər imzalandığını, tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb: «Səhhiyyə Nazirliyinə daxil olan müraciətlərin araşdırılması zamanı vətəndaşlardan əksər hallarda tibb müəssisələri və Tibbi-sosial ekspert komissiyaları tərəfindən Bakı şəhərinin klilnik xəstəxanalarından stasionar müalicə barədə epikrizlərin tələb edilməsi halları müşahidə olunub. Əhalinin bu işdə rahatlığının təmini, həmçinin, Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər va rayon mərkəzi xəstəxanalarında, həmçinin ambula­tor şəraitdə həyata keçirilməsini məqsədəuyğun saydıq. Əgər əvvəl bir nəfər ekspertiza ilə məşğul olurdusa, məsuliyyəti artırmaq üçün səlahiyyəti baş həkimlərə verdik. Bunu etdik ki, qarşıya çıxan problemlər aradan qalxsın, xəstələr rayonlardan Bakıya göndərilməsin, kim həqiqətən xəstədirsə, əli, ayağı, gözü yoxdursa, süründürməçiliklə rastlaşmasın, yaşadığı yerdə müayinədan keçsin va göndəriş alsın. Digər tərəfdən əlil olmayan adam da əbəs yerə rayondan şəhər xəstəxanalarına göndərilməsin. Bu problemləri aradan qaldırdıq. Bəs, nəticə nə oldu?! Rəqəmlər artdı. Doğrudur, rayonlar arasında iqlim, iş şaraiti va s. cəhətdən müxtəlifliyə görə orta əlillik göstəricilərində müəyyən fərqlər ola bilər. Amma bir rayonun əlillik göstəricisi ölkə üzrə orta göstəricidən 7-8 dəfə artıq ola bilməz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər