Şəkidə ağac emalı sexində qanunsuzluq

Şəkidə ağac emalı sexində qanunsuzluq 

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb.

Bu barədə Axar.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 m3 həcmində işlik meşə materialı müəyyən edilib. Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi