Səkiləri maşınlar zəbt edəndə BELƏ OLUR... - FOTOFAKT

Səkiləri maşınlar zəbt edəndə BELƏ OLUR... - FOTOFAKT 

"Zivərbəy Əhmədbəyov küçəsində piyada səkisində avtomobillər park edildiyi üçün piyadalar da məcburən avtomobil yoluyla hərəkət edir.

Bu da avtomobillərin hərəkətinə maneçilik törədir, piyadaların isə maşınla vurulmasına səbəb ola bilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polis İdarəsi, zəhmət olmasa həmin küçə ilə bağlı tədbir görün.
P.S. Fotoları az öncə çəkdim..."

Səkiləri maşınlar zəbt edəndə BELƏ OLUR...
Səkiləri maşınlar zəbt edəndə BELƏ OLUR...
Səkiləri maşınlar zəbt edəndə BELƏ OLUR...
Səkiləri maşınlar zəbt edəndə BELƏ OLUR...

Şikayətçi: Filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Elyar İslamoğlu

Qeyd: Faktinfo.az xatırladır ki,Bakı şəhərində səkilərin müəyyən hissəsini obyekt sahibləri "qarşılıq əsasında" zəbt edə də biliblər.Bu heç kimə sirr deyil və bu özbaşnalıqların həyata keçirilməsində icra başçılarının günahı az deyil.Pisi də odur ki,belə özbaşnalıqlardan məktəblilər də əziyyət çəkirlər.Məsələn,10 ildən çoxdur ki,Nizami rayonu Əlağa Kürçaylı küçəsindəki bərbad vəziyyət hələki pis örnək olaraq qalır. 

Yolun kənarı boyunca maşın təmiri sexlərinin ətrafı çirkləndirməsi bir yana,eni 4 metr olan  yolda ikitərəfli şütüyən avtomobillər üçün səkinin sərhəddinin olmaması sürücüləri də çıxılmaz 

vəziyyətdə salır. 

Avtomobil təmiri sexlərinə gətirilən maşınların ətrafdan keçənlərin hərəkətini məhdudlaşdırması,avtomobillərin  necə gəldi saxlanılması vəziyyəti bir az da gərginləşdirir.Səkinin olmaması səbəbindən səhər saatlarında işə tələsən avtomobil sürücülərinin istifadə  etdiyi sözügedən yoldan məktəblilər,bağçaya aparılan körpələr və onların valideyinlərinin birgə istifadəsini  təsəvvür edin.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi