Səkinə Babayeva Türkiyəli iş adamının715 min dollar vəsaitini ələ keçirib

Səkinə Babayeva Türkiyəli iş adamının715 min dollar vəsaitini ələ keçirib -İDDİA

Türkiyəli iş adamı Ercan Koçak şərikli iş qurduğu azərbaycanlı iş adamı, “Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva tərəfindən aldadılaraq 715 min dollar vəsaitinin ələ keçirildiyini deyir: 

Bu Barədə Qafqazinfo.az saytı yazıb. “Məni şəriklik, iş ortaqlığı kimi vədlərlə aldadan Səkinə Babayevə etibarımı qazandıqdan sonra ayrı-ayrı vaxtlarda Türkiyədən Azərbaycana göndərdiyim toplam 715 000 ABŞ dollar dəyərində malın pulunu illərdir ki, bütün xahişlərim və tələblərimə rəğmən ödəmir.


Sayta müraciət edən sahibkar bildirib ki, 2020-ci ildə dünyada COVİD -19 pandemiyasının yayıldığı bir vaxtda Azərbaycanda tibbi maska istehsal edilməsi üçün avadanlıqların gətirilməsində, fabrikin qurulmasında və xammalla təchiz olunmasında xidmətləri olub. 


“Mən Səkinə Babayeva ilə 2014-cü ildə tanış olmuşam, onun dəvəti ilə Azərbaycana gəldikdə, Bakı şəhərində “Baksol” yolu adlanan ərazidə “fabrika” dediyi yerə gedib baxanda, danışdıqlarının əksinə, bu sahədə çox təcrübəsiz olduğunu anladım. 


Onun sahibi olduğu tekstil fabrikinin tam qurulması üçün əlimdən nə gəlirsə, köməklik etdim və 2020-ci ilədək Səkinə Babayevaya istehsal üçün lazım olan tesktil məhsulları göndərdim. 


Göndərdiyim məhsulların ödənişləri aramızdakı razılaşmaya görə ABŞ dollar ilə ödənilirdi. 2020-ci ildə yuxarıda da qeyd etdiyim kimi, COVİD-19 pandemiyası zamanı tibbi maska istehsalı üçün özümə aid olanzavadanlıq və xammalı  dəyərindən qat-qat aşağı qiymətə qardaş Azərbaycana göndərdim.

Video: https://www.instagram.com/reel/Dcidw1UxvHj/?igsi=MXUxaTNueWI5eHQ1MQ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi