Şəmkirli şagird 65 min dollar təqaüdlə bu ölkəyə qəbul aldı

Şəmkirli şagird 65 min dollar təqaüdlə bu ölkəyə qəbul aldı 

Şəmkir şəhər Kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi Səbinə Quliyeva tam təqaüdlə (65,000 ABŞ dolları) Norveçin "UWC Red Cross Nordic" məktəbinə qəbul olub.

Bu barədə Yeniavaz.com-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, Səbinə bu il UWC məktəblərinə Azərbaycandan seçilən top şagirdlərdən biridir və UWC Norveç məktəbində təhsil alaraq ölkəmizi təmsil edəcək ilk azərbaycanlıdır.

Səbinə növbəti iki tədris ilini (11 və 12-ci sinifləri) burada IB (Beynəlxalq bakalavriat) proqramı üzrə davam etdirəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi