Sən kimi tərəfindəsən: donuzun, yoxsa millətin?.. - Ərdoğan

Sən kimi tərəfindəsən: donuzun, yoxsa millətin?.. - Ərdoğan 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziosmanpaşada keçirilən seçki mitinqində bir daha CHP lideri Kamal Kılıcdaroğluna yönəli açıqlamalar verib.

Türkiyə lideri Kılıçdaroğlunu Yeni Zelandiyada baş verən terror aktı ilə bağlı səsləndirdiyi fikirinə görə sərt tənqid edib:

“Türkiyənin yüksəlişi səlib artıqlarının xoşuna gəlmir. Nə qədər narahat olurlar olsunlar, biz əsla geri addım atmayacağıq. Siz istəməsiniz də, biz Qüdsün, Qəzzanın haqqını müdafiə edəcəyik. Yəmənli uşaqların, suriyalı möhtacların, afrikalı acların səsi olacağıq. Terrorun islam ölkəsindən qaynaqlandığını deyəcək qədər səviyyəsiz, zəlil adam! Sən kimin tərəfindəsən? Donuzun, yoxsa bu millətin? Buradan CHP-yə səs verən qardaşlarıma səslənirəm: Bu adam layihədir. Avstraliyalı senator Fraser Anniqin dedikləri ilə Kamal bəyin dedikləri eynidir”.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu Yeni Zelandiyada ötən gün baş verən terror aktı ilə bağlı Tvitter hesabında, “Bu məsələdə Qərb ölkələrinin tapşırığını etməyə, islam ölkələrini öz aralarındakı müharibəni bitirib, barış içində yaşamağa səsləyirik”, sözlərini yazıb.//Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi