Sentyabr ayında istifadəyə veriləcək Atatürk parkı belə olacaq

Sentyabr ayında istifadəyə veriləcək Atatürk parkı belə olacaq - Fotolar

Atatürk parkında aparılan təmir və yenidənqurma işləri sentyabrın sonunda başa çatacaq.

Faktinfo.az xəbər verir ki,bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda ilin əvvəlindən bu vaxta qədər parkda aparılan yenidənqurma işlərindən də bəhs edilib:

“Paytaxtın Nərimanov rayonu ərazisində 2 hektar sahədə yerləşən parkda fəvvarələr, müasir işqılandırma sistemi, oturacaqlar və sakinlərin istirahəti üçün lazımi bütün şəraitin yaradılması üçün işlər görülür. Gələcəkdə ictimai istirahət yeri olacaq Atatürk parkının layihəsi üzərində bu ilin əvvəlindən iş gedir. Ərazidəki abadlaşdırma işləri mərhələli şəkildə aparılır. Betonlama, səki işləri görülüb, 5000 kvadrat metrdən çox əraziyə qazon örtüyü çəkilib , velosiped yolları hazırlanıb.Parkda həmçinin müxtəlif istirahət guşələrinin yaradılması, əyləncə qurğularının qoyulması, əlavə ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı parkda bir neçə ictimai iaşə obyekti də istifadəyə veriləcək”.

Sentyabr ayında istifadəyə veriləcək Atatürk parkı belə olacaq
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi